“Bədii qiraət” dərnəyinin yeni üzvləri ilə məşğələ keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yaradıcılıq Mərkəzinin “Bədii qiraət” dərnəyinin yeni üzvləri ilə məşğələ keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin direktoru Elman Cəfərov dərnək üzvlərinə natiqlik bacarığı və nitq mədəniyyəti barədə təlim keçib. O , tələbələrə nitq bacarıqlarını artırmaq məqsədilə bədii ədəbiyyatla məşğul olmağı tövsiyə edib. Onlara UNEC-in 24/7 kitabxanasının onlayn xidmətlərindən yararlana biləcəklərini deyib.
Onlayn təlimə qoşulan ktabxananın müdiri Arzu Məmmədova bədii ədəbiyyat seçimi barədə tələbələrə məsləhətlər verib.