Belarus Milli Kitabxanası Ulu Öndərin anım günü ilə əlaqədar videoproyeksiya edilib VİDEO
Kiyev, 13 dekabr, AZƏRTAC
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası dekabrın 12-də axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiyada “12 dekabr - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür!” şüarı əksini tapıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev