RƏSMİ XRONİKA
BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA
Hörmətli Aleksandr Qriqoryeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və Belarusun xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri hazırda uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz xalqlarımızın və dövlətlərimizin rifahı naminə bütün sahələrdə əməkdaşlığımızın, qarşılıqlı surətdə faydalı əlaqələrimizin genişlənməsinə və möhkəmlənməsinə yönəldiləcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost belarus xalqına sülh və rifah arzulayıram.
Hörmətlə
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2007-ci il.