Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub
Bakı, 3 fevral, AZƏRTAC
Belarusun Mərkəzi Seçki Komissiyası bu il yanvarın 26-da ölkədə keçirilmiş prezident seçkilərinə yekun vurub.
AZƏRTAC Belta agentliyinə istinadla xəbər verir ki, bununla əlaqədar Minskdə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Komissiyanın iclasının yekunu olaraq elan edilib ki, Aleksandr Lukaşenkonun namizədliyinə 5 milyon 136 min 293 nəfər səs verib və bu, səsvermədə iştirak edən ölkə vətəndaşlarının 86,82 faizini təşkil edib.
Qeyd edək ki, bu gün Belarus hökuməti istefa verib. Belarus Respublikasının Konstitusiyasına uyğun olaraq, prezident seçkilərindən sonra hökumət istefa verir. İstefa sənədini Roman Qolovçenko imzalayıb.
Sənəd qəbul edildiyi gündən qüvvəyə minir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]