RƏSMİ XRONİKA
BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB Gİ VERHOFSTADTA
Hörmətli cənab Baş nazir,
Belçikanın milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Belçika münasibətlərinin inkişafı, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi xalqlarımız üçün daim faydalı olacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
16 iyul 2007-ci il.