Belçikada iş icazələrinin verilməsi proseduru yenilənir
Budapeşt, 23 avqust, AZƏRTAC
2026-cı ildən Belçikada işləmək üçün vahid icazənin verilməsi 90 gündən çox çəkməməlidir. AZƏRTAC “The Brussels Times”a istinadla xəbər verir ki, ölkə bu ilin noyabr ayına qədər Aİ-nin yenilənmiş qaydalarını tətbiq etməlidir ki, bu da İttifaqa daxil olmayan ölkələrdən yüksəkixtisaslı və defisit işçilər üçün prosesi sadələşdirir.
Vahid icazə yaşamaq icazəsi və iş icazəsini bir prosedurda birləşdirərək, iki ayrı ərizə təqdim etmək ehtiyacını aradan qaldırır.
2023-cü ildə Belçikada təxminən 21 min belə icazə verilib. Qaydaların yenilənməsi bürokratik prosedurların azaldılmasına, şəffaflığın artırılmasına və Aİ üzvü olmayan ölkələrdən olan işçilərin əmək hüquqlarının qorunmasına yönəlib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]