Belçikada miqrantlara münasibət neytral qalır
Brüssel, 13 dekabr, AZƏRTAC
Belçikada miqrantlara münasibət əsasən neytral və ya bir qədər mənfi olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bununla belə, sorğuda iştirak edən bir çox belçikalı özünü cəmiyyətin ümumi mövqeyi ilə müqayisədə yeni gələnlərə daha açıq hesab edir. Mühafizəkar və millətçi baxışları bölüşənlər miqrasiyanın məhdudlaşdırılmasını dəstəklədiklərini bildirir, liberallar isə daha çox açıq siyasətə və həmrəyliyə üstünlük verirlər. Araşdırma göstərir ki, respondentlərin ənənəvi və ya alternativ mediaya olan etimad səviyyəsi də mövqelərin formalaşmasında mühüm rol oynayır. Bu nəticələr Miration Studies təşkilatı və Leuven Universitetinin Təbiət elmləri fakültəsindən olan mütəxəssislər qrupunun apardığı tədqiqatda əksini tapıb.
Sorğu iştirakçıları miqrantların mövcudluğunu ilk növbədə Avropa İttifaqının problemi kimi dəyərləndirir, Belçika üçün isə bunu daha az aktual hesab edirlər. Yeddi ballıq şkala üzrə qiymətləndirmədə ən çox dəstək sərhəd nəzarətinin gücləndirilməsi və Aİ-nin sərhədlərinin qorunmasına investisiyaların artırılması təkliflərinə verilib. Belçika cəmiyyətində qaçqınların Aİ daxilində yenidən bölüşdürülməsi ideyası isə daha az dəstək qazanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]