“BƏLƏDİYYƏLƏR VƏ YERLİ BÜDCƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası İqtisadçılar İttifaqı və adıçəkilən mərkəzin nümayəndələri məruzələrində bələdiyyələrin büdcədən səmərəli istifadə etməsi, gəlir mənbələrinin artırılması, yerli vergi və ödənişlərin toplanması kimi məsələlərdən danışmışlar. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tətbiqi ilə bağlı vəzifələrdən də söz açılmışdır. Xüsusi vurğulanmışdır ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu demokratik təsisatlara dövlət qayğısı ildən-ilə artır, onların inkişafı üçün əlverişli şərait yaradılır.
Seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Seminar başa çatdıqdan sonra Qəbələ şəhər bələdiyyəsinə Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Pespublika Komitəsinin “Qabaqcıl bələdiyyə” bayrağı təqdim edilmişdir.