BENİLÜKS ÖLKƏLƏRİNDƏKİ DİASPOR TƏŞKİLATLARIMIZ YARDIM KAMPANİYASINA BAŞLAMIŞLAR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Benilüks ölkələrindəki Azərbaycan və türk diaspor təşkilatları Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımıza irimiqyaslı yardım kampaniyasına başlamışlar.
Ölkəmizin Belçikadakı səfirliyinin diaspor təşkilatları ilə birgə ötən ilin sonunda başladığı bu kampaniya cari ilin ortalarında başa çatacaqdır. Müqəddəs Qurban bayramı ərəfəsində soydaşlarımıza - çadır şəhərciklərində məskunlaşan 1800 ailəyə qurban əti paylanmışdır.