BƏRDƏDƏ YENİ EATS-LƏR İSTİFADƏYƏ VERİLİB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bərdə rayonunun Alpoud, Kövər, Hacallı kəndlərində 256 nömrəlik elektron ATS-lər istifadəyə verilmişdir. Artıq rayonun 16 kəndində EATS-lər fəaliyyət göstərir ki, onlarında 7-i ötən il quraşdırılmışdır. Rayonun bütün yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, abonentlərin sayı 12 minə çatdırılmışdır.
Açılış mərasimində çıxış edənlər rabitənin inkişafına göstərdiyi qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]