Berlində ana və iki qızı qətlə yetirilib
Berlin, 3 noyabr, AZƏRTAC
Berlinin şərqində - Martsan rayonunda ana və iki qızı qətlə yetirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Berlinin prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən təhqiqat aparılır. Qətli törədən şəxsin axtarışı üçün əməliyyat tədbirləri həyata keçirilir.
Bəzi media qurumlarında yayılan məlumatlara görə, ana və iki övladını qadının həyat yoldaşı qətlə yetirib.
“Bild” qəzetinin hadisə ilə bağlı xəbərində qadının 31, övladlarının isə 5 və 6 yaşlarında olduğu bildirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]