Berlində ATƏT PA-nın illik sessiyası işə başlayır
Berlin, 7 iyul, AZƏRTAC
Berlində, Almaniya Bundestaqının iqamətgahında - Reyxstaqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.
Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya üçün “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu seçilib.
İllik sessiya ATƏT PA-nın ən iri tədbiridir. Gözlənildiyinə görə, sessiyanın sonunda Berlin Bəyannaməsi qəbul ediləcək. Bu, milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələrdən ibarət siyasi sənəddir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]