“Beşiktaş”dan “Sabah”a cavab: Can qardaş
Bakı, 2 may, AZƏRTAC
Türkiyənin “Beşiktaş” futbol klubu “Sabah”ın xeyriyyə matçı üçün sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi feysbuk səhifəsi vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib. “Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib: “Salam can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.
“Sabah” isə daha əvvəl türkcə bu sözləri paylaşmışdı: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacağı planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]