BƏSMAN SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Əmmanın Bəsman sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi İordaniya Kralı əlahəzrət II Abdullah böyük səmimiyyətlə qarşıladı.
İordaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Kral II Abdullaha təqdim olundu.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev İordaniya əsgərlərini salamladı.