Bəxtiyar Hacıyev: Samboçularımızın formada qalmalarına xüsusi diqqət yetirilir
Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən bütün yarışların, eləcə də məşqlərin dayandırılması idmançılar üçün əlavə ciddi çətinliklər yaradıb. Buna baxmayaraq, bu gün həm idmançılarımız, həm də onların məşqçiləri çalışırlar ki, hamı üçün çətin olan karantin dövründə sağlamlıqlarının qeydinə qalmaqla yanaşı, idmandan da kənarlaşmasınlar. Bu gün yeniyetmə, gənclər və böyüklərdən ibarət komandalarımız məşqçilərin nəzarəti altında bütün imkanlardan istifadə edərək, idman formalarını saxlamağa çalışırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev deyib.
O qeyd edib ki, samboçularımız sentyabrda keçirilməsi nəzərdə tutulan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunlarında iştirak edəcəklər. Bu yaxınlarda komandanın təlim-məşqlərinin keçirilməsi nəzərdə tutulsa da, bunun vaxtı müəyyənləşməyib. Şübhəsiz, hazırlıqlarımız karantin rejiminin qaydalarına əməl olunmaqla keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]