BEYNƏLXALQ KONVENSİYALAR HAQQINDA KİTABLARIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Hökumət, QHT, KİV nümayəndələrinin və xarici dövlətlərin ölkəmizdəki səfirlikləri əməkdaşlarının iştirak etdikləri mərasimi Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov və BMT Qaçqınlar üzrə Ali Komissarlığının respublikamızdakı nümayəndəsi Boqdan Nahaylo açaraq bu kitabların indiyədək Bakıda çox az çap olunduğunu bildirmişlər.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament rəhbəri Qabil Əbilov, Apellyasiya Məhkəməsinin hakimi İlham Həsənov və başqaları mərasimdə çıxış edərək, qaçqını və köçkünü olan bir ölkə üçün belə kitabların xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Qxuculara təqdim olunan kitabların beynəlxalq hüquq üzrə mütəxəssislər, KİV nümayəndələri, QHT üçün nəzərdə tutulduğu qeyd edilmişdir.