BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASINDAN NÖVBƏTİ TRANŞ
Beynəlxalq audit yoxlaması başa çatdıqdan sonra "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) 600 min dollar məbləğində 2-ci tranş alacaqdır. Bankdan AZƏRTAC-ın müxbirinə bildirilmişdir ki, BMK-nın vəsaitləri “kiçik və orta sahibkarlığın inkişafı layihələrinin maliyyələşdirilməsi” proqramı çərçivəsində verilir. 2 tranşla veriləcək kreditin ümumi həcmi 1,2 milyon ABŞ dolları olacaqdır.