Beynəlxalq Muzeylər Gününə həsr olunmuş onlayn sərgi
Bakı, 18 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihə çərçivəsində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş onlayn sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Sərgidə xaricdə yaşayan azərbaycanlı və əcnəbi uşaqların muzey eksponatları əsasında çəkdikləri rəsm əsərləri təqdim edilib. Layihənin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.