Beynəlxalq Ocaq kuboku yarışına hazırlıq məqsədilə yoxlama məşqi təşkil edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Milli Gimnastika Arenasında beynəlxalq Ocaq kuboku yarışına hazırlıq məqsədilə yoxlama məşqi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, hazırlıq məşqinə Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş “II New Look Cup” yarışında 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanmış bədii gimnastlar da qatılıblar.
Qeyd edək ki, noyabrın 25-dən 27-dək “Ocaq Sport” klubu ilk dəfə olaraq bədii gimnastika üzrə birinci beynəlxalq “Ocaq kuboku” keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparacaqlar. Belə ki, yarışda 2007-2016-cı illər təvəllüdlü gimnastlar fərdi və qrup hərəkətləri üzrə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını göstərəcəklər.