BEYNƏLXALQ ŞAHMAT FESTİVALINDA 2 TUR OYNANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Norveçin Qyevik şəhərində keçirilən beynəlxalq şahmat festivalında iki tur keçirilmişdir.
Azərbaycan şahmatçılarından ən yaxşı nəticə göstərən Nicat Abbasov 2 mümkün xaldan 1,5 xal toplayaraq hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşmışdır.
Zeynəb və Türkan Məmmədyarovalar, Xəyalə İsgəndərova, Nərgiz Umudova isə hər biri 1 xalla 22-33-cü yerləri bölüşürlər.
Turnirdə Azərbaycan, Norveç, Hollandiya, Rusiya, ABŞ, İsrail, İngiltərə, Yunanıstan, Ukrayna, Gürcüstan, Fransa, Polşa və Estoniyadan 70 şahmatçı iştirak edir. Onlardan 15-i beynəlxalq qrossmeysterdir.
Şahmat festivalına yanvarın 7-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]