Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin əsl mahiyyətini dərk etməlidirlər

Beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin əsl mahiyyətini dərk etməlidirlər

Bakı, 18 iyun, AZƏRTAC

Qaqik Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların səssizliyi Qərbin ölkələrə münasibətdə ikili standartlar çərçivəsində yanaşmasının bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, hakimiyyətə gəldiyi vaxtlardan Paşinyanın Ermənistanda müsbət dəyişikliyə nail ola bilməyəcəyi bəlli idi. Paşinyan hakimiyyətə təsadüfi gəlmiş adamdır və onun hakimiyyətə gəlməsini təmin edən əsas amil kütlənin Sarkisyandan kəskin narazılığı oldu. Görünən reallıq həm də ondan ibarət idi ki, əslində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da ölkədəki dövlət çevrilişində müəyyən rolu vardı. Çünki Sarkisyan kimi diktatorun, terrorçunun sakit şəkildə hakimiyyətdən imtina etməsi çox şübhəli görünürdü. Bu baxımdan, bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi Sərkisyanın da iştirakçısı olduğu bir layihə idi. Bu layihə Qərb dairələri tərəfindən reallaşdırılmağa başladı. Paşinyanın hakimiyyətə gətirilməsinin motivləri, əsasən, geosiyasi xarakterli idi. Paşinyanı hakimiyyətə gətirən dairələr, ona dəstək verən xarici qüvvələr onun qarşısında əsas vəzifə kimi Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağı qoymuşdu. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də Qərb dairələrinə çox canfəşanlıqla işləyirdi. Paşinyan Ermənistanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı kəskin çıxışlar edib. Onun bu “keyfiyyət”ləri də nəzərə alınaraq, hakimiyyətə gətiriləcək subyekt kimi müəyyənləşdirildi.

Deputat qeyd edib ki, hakimiyyətə gəldiyi ilk vaxtlardan idarəetmədə avtoritarizm prinsiplərinə söykənən Paşinyan ondan sonra da özünü qatı diktator kimi göstərməyə başladı. “Paşinyanın dəstxətini dəstəkləməyən istənilən şəxs düşmən elan olunurdu. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Hakimiyyətdə olduğu müddətdə kütləni korrupsiyaya qarşı mübarizə aparması görüntüsü ilə aldadan Paşinyanın artıq bu limiti də tükənib. Bütün korrupsionerlərə qarşı “mübarizə” başa çatmış sayıla bilər. Paşinyan bu ad altında özünün siyasi rəqibləri ilə haqq-hesab çürütdü. Kütlə də bunu görür. Vaxtilə Paşinyanı dəstəkləmiş kəsim də onun, sadəcə olaraq, bu günə kimi imitasiya ilə məşğul olduğunun fərqinə varır və ondan üz sürətlə döndərməyə başlayır. Bu da Paşinyanın siyasi hakimiyyətinin sonunun yaxınlaşdığını göstərir. Bu zaman hər dövrdə çevik hərəkətlər etməyi bacaran Sarukyan yenə də bu çevikliyini nümayiş etdirir. Bir vaxtlar Paşinyanı dəstəkləyən Sarukyan onun hakimiyyətdə ömrünün sonlarının yaxınlaşmaqda olduğunu hiss etməsə, heç bir halda onu açıq şəkildə istefaya çağırmazdı. Ermənistanda dərin hakimiyyət böhranı mərhələsi başlamaqdadır. Növbəti mərhələdə də ayaqda qalmaq üçün Sarukyan, obrazlı desək, Paşinyanın gəmisini tərk etmək qərarına gəlib. Belə olan halda, Paşinyan yenə də diktator sifətini göstərdi və antikonstitusion addımlar atmaqdan çəkinmədi. Paşinyanın sifarişi ilə Sarukyanın deputat toxunulmazlığı ilə bağlı statusu aradan qaldırıldı və onun həbs imkanları genişləndi. Bununla Paşinyanın demokrat maskası tamamilə yırtıldı. Digər tərəfdən, Ermənistan cəmiyyəti də elə diktator üsulları ilə idarə edilməyə öyrəşmiş cəmiyyətdir. Çünki terrorçu hakimiyyətin təsiri altında qalan cəmiyyətdə həm terrorizmə, həm də anti-demokratik prinsiplərə meyillilik hər zaman güclü olur”, - deyə siyasi elmlər doktoru əlavə edib.

E.Mirbəşiroğlu vurğulayıb ki, bütün bunların fonunda beynəlxalq ictimaiyyət də hazırda Ermənistanda baş verənlərə sadəcə tamaşaçı qismində baxmaqdadır. Bu, Qərbin özünü görməməzliyə vurduğu ilk hadisə deyil. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Bu seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Qərb təşkilatlarının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan seçkilərin nəticəsini ləğv etdi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verdi. Burada Qərb dairələrinin özlərinin özlərini inkar etməsi faktı müşahidə olundu. Paşinyan özünü demokrat kimi təqdim edirdisə, necə oldu ki, həmin dövrdə baş nazirlik postuna özündən başqalarının namizədliyini qəbul etmədi. Yəni, rəqabətsiz mühitdə Ermənistanın baş naziri seçildi. Bundan sonra da siyasi rəqiblərinə qarşı repressiyalara başladı və əsas diqqətini özünün hakimiyyətinin möhkəmləndirilməsinə yönəltdi. Hətta dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə ÜST-ün tövsiyələrinin kobud şəkildə pozularaq Paşinyan tərəfindən qondarma rejimdə “seçkilər”in keçirilməsi, saxta seçkilərin saxta nəticələrinin kütləvi şəkildə qeyd olunması bir daha göstərdi ki, Ermənistanın baş naziri öz siyasi ambisiyalarına çatmaq üçün bütün vasitələrə əl atmağa, dəyərləri tapdalamağa və bəşəri cinayətlər törətməyə hazırdır. Hazırkı Ermənistanın “demokratik” rejiminin mahiyyəti bundan ibarətdir.

Beynəlxalq təşkilatların Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin əsl mahiyyətini dərk etməli və bunu etiraf etməli olduğunu bildirən deputat deyib: “Hazırda Ermənistanda yaşanan xaos davam etməkdə və Paşinyana qarşı ciddi koalisiya yaranmaqdadır. Bu koalisiyanın özü də demokratik dəyərlərdən uzaqdır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın rəhbərləri ilə ünsiyyət qurarkən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində də artıq fərqli addımların atılması reallığından çıxış etməlidirlər. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməmək ənənələrinə son qoymalıdırlar. Münaqişənin tənzimləməsi istiqamətində vasitəçilik funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar artıq işğalçı, terrorçu hakimiyyətlə onun dilində danışmalı, təzyiq rıçaqlarına əl atmalıdırlar. Belə olan halda, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapa bilər” , - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı şair Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır VİDEO

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB VİDEO

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər VİDEO

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransda çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü