Azərbaycan Dövlət İnformasiya Agentliyi

BIAF 2025: Xoreoqrafiyanın dilində faciə

Bakıda “Hamlet, Danimarka Şahzadəsi”nin tarixçəsi barədə danışıldı

Bakı, 13 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Hamlet, Danimarka Şahzadəsi”, Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) ikinci həftəsonunun davamı kimi səhnəyə gətirilmiş tamaşa, müasir teatrın müəyyənedici fiqurlarından biri olan Rober Lepajın artıq üçüncü dəfə Şekspirin faciəsinə müraciətinin səhnə təcəssümüdür — elə bir əsər ki, artıq dörd əsrdən çoxdur rejissorları düşündürməkdə davam edir. Rejissorun etirafına görə, “Hamlet” həm əsər, həm də qəhrəman olaraq onun yaradıcılıq yolunda silinməz iz buraxıb.

AZƏRTAC-ın məlumatına əsasən, Bakı tamaşaçıları Lepajın yeni işini bir çox Avropa ölkələrinin tamaşaçılarından xeyli əvvəl görmək imkanı əldə ediblər. Tamaşanın dünya premyerası 2024-cü ilin aprelində Torontoda böyük uğurla nümayiş olunub. O zaman “Toronto Guardian” qəzeti bu səhnə işini “ifa sənətinin səmada bağlanmış ittifaqı” və “buraxmaq olmaz deyə biləcəyiniz ilin rəqs hadisəsi” adlandırmış, “Intermission Magazine” isə onu “nəfəskəsici tamaşa” kimi qiymətləndirmişdi. Avropa premyerası həmin ilin mayında Rumıniyanın Krayova şəhərində keçirilən Beynəlxalq Şekspir Festivalında (Le Festivalul Internațional Shakespeare) baş tutmuşdu. Tamaşa bundan sonra Avropada qastrol səfərinə çıxmadığından, Bakı onu bir çox Avropa paytaxtlarından, o cümlədən Parisdən də əvvəl seyr edə bildi.

Lepaj “Hamlet” mövzusuna ilk dəfə 1990-cı illərin ortalarında, özünə “Elsinor” adlı monotamaşa kimi təqdim etdiyi əsərlə yaxınlaşmışdı. On ildən sonra isə Moskvada “Hamlet | Kollaj” adlı solotamaşa yaradıb. Burada yeganə aktyor bütün personajları canlandırır, səhnə isə maili, fırlanan bir kub şəklində idi. Rejissorun üçüncü “Hamleti” isə bu dəfə plastik ifadə vasitələri ilə, lakonik və minimalist dekorasiyalar fonunda təqdim olunur.

Budur, iki axşam boyunca Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Şekspir ehtirasları alovlandı — bu ehtiraslara Rober Lepaj və Giyom Kote yeni həyat bəxş etdilər; faciəni elə bir cazibədar performansa çevirdilər ki, burada hər bir hərəkət, hər bir toxunuş qəhrəmanların dərin emosiyalarını və daxili mübarizəsini ifadə edir. “Hamlet, Danimarka Şahzadəsi” (“Hamlet, Prince of Denmark”) sadəcə bir tamaşa deyil, innovasiyalı yanaşmadır, burada rəqs əsas ifadə dili rolunu oynayır, müasir xoreoqrafiyanın klassik elementlərlə iç-içə keçdiyi səhnələrdə isə şeir sətirləri yeni mənalar qazanır. Lepajın ifadəsi ilə bu, “Danimarka şahzadəsini anlamaq üçün daxili ziddiyyətlərin və paradoksların qeyri-verbal, yəni hərəkətlə ifadə yollarını axtarmaq” cəhdidir. Onun sözləri ilə desək: “Heç vaxt “Hamlet” mövzusunu bağladığınızı deyə bilməzsiniz, hər zaman yeni bir qapı tapmaq mümkündür”.

“Hamlet, Danimarka Şahzadəsi” – dünyaşöhrətli rejissor Rober Lepaj ilə onun səhnədə müxtəlif janrları birləşdirmə arzusunu bölüşən xoreoqraf, Kanada Milli Baletinin aparıcı solisti Giyom Kotenin üçüncü birgə işidir. Klassik balet artisti olan Kote bu layihədə təkcə xoreoqraf kimi deyil, həm də truppanın formalaşdırıcısı kimi çıxış edib. Truppaya aktiv balet ifaçıları ilə yanaşı, balet “pensioneri” Maykl Foq (Poloni rolu) və breykdansçı Uilyam Sadler (Laert rolu) də daxil idi. Bu yolla Kotenin xoreoqrafiyası müxtəlif sənət imkanlarını ahəngdar şəkildə birləşdirir. Xoreoqrafiya bəlkə də texniki baxımdan mürəkkəb sayılmaya bilər, amma o, aydın, oxunaqlı və struktur baxımından düzgün qurulmuşdur, xüsusilə də nəzərə alsaq ki, Lepaj tamaşada tamaşaçını səhnə-səhnə, epizod-epizod pyes boyunca sadəcə irəliləyir.

Rejissorun maraqlı “yanaşması” ondan ibarət idi ki, Lepaj versiyasında Horatsio qadındır (ifaçı: Nataşa Puun Vu). O, sanki vizual baxımdan Rozenkrants və Gildenşternlə səsləşən, daha çox “boz”, neytral bir varlıq kimi təqdim olunur — elə bir obraz ki, vaxtaşırı görünən uzun saçlarına baxmayaraq, onun cinsini “oxumaq” çətindir.

Tamaşada ifadəli işıq tərtibatı və hərəkətli dekorasiyalar, ruhlar və insanlar, işıq və kölgə minimalistik rəqs içində birləşərək Şekspir dramının metaforik yozumunu təqdim edir. Doqquz rəqqasdan ibarət ansamblın dinamik hərəkətləri, insan zehninin gizli qatlarında baş verənlərlə qovuşur. “Journal des citoyens” yazırdı: “Səhnə tərtibatı dahiyanədir, xoreoqrafiya isə möhtəşəmdir”.

Rejissor tamaşada tamaşaçını “təfsir yeniliyi” ilə heyrətləndirməyə çalışmır, o, əsəri demokratik, yəni geniş tamaşaçı auditoriyası üçün anlaşılan şəkildə qurur. Bununla belə, Lepaj hamının tanıdığı qədim bir hekayəni yenidən danışır — cəlbedici, sirli və nağılvari biçimdə. Xoreoqraf isə bəzi məqamlarda süjetə kiçik dəyişikliklər edir, məsələn, burada Hamlet kralın elçilərini məktubları dəyişmədən, elə gəmiyə minərkən öz əlləri ilə öldürür.

Hərəkətə əsaslanan bu tamaşada səhnə məkanı hekayənin bir hissəsinə çevrilir, axıcılığı və “riyazi dəqiqliyə qaldırılmış plastikasına” görə valehedici təsir bağışlayır. Dekorasiya az, amma çoxfunksiyalıdır, belə ki, qara səhnəni zaman-zaman parlaq qırmızı, işıqlı pərdə kəsir; məhz bu sadə element Lepaja fikirləşdiyi ani transformasiyaları yaratmaq üçün kifayət edir. Hamletin atanın ruhu ilə görüş səhnəsi kölgə teatrı formasında qurulub: pərdə mərmər örtüyü kimi qaldırılır, ata qəbirdən qalxaraq oğluna öz ölüm tarixçəsini sözlə yox, hərəkətlə göstərir və bununla “Siçan tələsi” səhnəsinə bir növ öncül obraz yaradır. Burada aktyorlar hadisəni tamaşaçılara kürəkləri ilə göstərirlər — Lepajın orijinal baxışını nümayiş etdirən səhnə həllidir.

Rejissor, həmçinin Hamletin mərhum Poloni haqqında dediyi sözləri də səhnədə canlandırır — öldürülmüş saray məmurunun “naharda olduğu” barədə replikasını. Səhnədə Poloni Klaydinin nahar etdiyi stolun düz altında uzanmış vəziyyətdə göstərilir — sanki onun “naharda olması” Hamletin istehzalı sözlərinə çevrilmiş bir vizual obraz kimi təqdim olunur. İngiltərəyə yola düşən gəminin göyərtəsi isə həmin anda səhnədə canlanır, dəniz dalğası rəngindəki örtük qaldırılaraq Ofeliyanın suda batdığı səhnəyə çevrilir – görünməz əllər onu bu parıldayan, şaquli asılmış yüngül parçanın qatları arasında dalğalar kimi qaldırıb-endirir. Duel səhnəsində isə rapiralar yerinə yüngül lentlər işlədilir – bu lentlər tamaşaçının baxışını saxlayır, Hamlet və Laertin ölüm dadan rəqs duelini vurğulayır.

Lepaj və Kote bu layihə üçün müasir teatrın tanınmış dizaynerlərindən ibarət yaradıcı komanda toplayıblar. Komandaya “Ex Machina” teatrının kreativ direktoru, müasir rəqs səhnə tərtibatı üzrə ixtisaslaşmış Stiv Blanşe rəhbərlik edib. O, Kanada Milli Baleti və Toronto Rəqs Teatrı kimi kollektivlərlə üç yüzdən çox tamaşa hazırlayıb. Kostyum üzrə dizayner Maykl Canfrançesko, əsərləri Stratford Festivalı və İtaliyadakı Rossini Festivalında təqdim olunan sənətçidir, çoxsaylı teatr, opera və balet layihələrində iştirak edib.

Tamaşada Con Qzovskinin orijinal musiqisi səslənir. Xüsusilə bu tamaşa üçün bəstələnmiş zəngin musiqi partiturasında XVII əsrə aid hurdi-qurdi adlı simli alətin səsi seçilir. Qeyd etmək lazımdır ki, bu alət ilk “Hamlet” tamaşasında, “Globus” teatrında da səslənmişdi və səhnəyə xüsusi kolorit qatır. Bəstəkar, səs rejissoru və musiqiçi Cohn Gzovski iki yüzdən çox teatr, rəqs və film layihəsində çalışıb, həm musiqi bəstələyib, həm ifa edib, həm də səs dizaynı yaradıb. Onun bəstəsi bəzən gərgin və qaranlıq, bəzən isə melodramatik səslənir, amma Lepajın Şekspirin sehrli dünyası, emosional və ironik tonunu qoruyur. Səhnənin yuxarısında yerləşdirilmiş mətn ekranı tamaşanın hansı hissəsində olduqlarını xatırladır və eyni zamanda, yumorla dolu, məzmunlu qeydlər üçün platforma rolunu oynayır.

Tamaşanın əvvəlində tamaşaçılara Şekspirin adındakı hərflərdən yığıla bilən ifadələr göstərilir. Daha sonra “sword” (qılınc) sözündəki “s” hərfinin yerdəyişməsi ilə “words” (sözlər) əmələ gəlir – Hamletin məşhur “words, words, words” replikası kimi. Ardınca isə elektron sətirdə “To be? Or not? To be!” – Şekspirin ən məşhur cümləsi yeni punktuasiya ilə təqdim olunur. Lepaj bu yolla faciənin mozaikasını dağıdıb yenidən yığır, Danimarka şahzadəsini öz baxış bucağından yenidən yaradır. Rejissor sanki tamaşaçılara xatırladır ki, hər şey bu dünyada dövridir – tamaşanın finalında bütün personajlar bir daha bir araya gələndə aydın olur ki, birinci səhnə artıq əvvəlcədən bu sonluğu danışmışdı.

Tamaşanın Bakıda nümayişi böyük maraqla qarşılandı. Təşkilatçıların vurğuladığı kimi, biletlər çoxdan tükənmişdi, bu da festivalın yüksək bədii səviyyəsini bir daha sübut etdi. Belə səhnə əsərləri Bakıdan çıxmadan dünya teatr məkanına toxunmaq imkanı yaradır. Bu da Bakı tamaşaçısının ayaqüstü, gurultulu və uzunsürən alqışları ilə təsdiqləndi.

BIAF festivalı noyabrın 16-dək davam edir və dünyanın aparıcı rejissorlarını, xoreoqraflarını, musiqiçilərini və ifaçılarını bir araya gətirir. Bu, bütün region üçün böyük əhəmiyyətə malik beynəlxalq miqyaslı hadisədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib