CƏMİYYƏT
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları avtomobildə iki kiloqrama yaxın heroin aşkarlayıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Muradova məxsus “KIA” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı oradan 511 qram, habelə sərnişini, Salyan rayon sakini E.Ağayevdən 1,554 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.