Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər
Bakı, 19 mart, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:15]
Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 09.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]