BİLYARD ÜZRƏ GƏNCLƏR ARASINDA TURNİRİN QALİBİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində Azərbaycan Bilyard İdmanı Federasiyası və “İdeal L” şirkəti tərəfindən sərbəst piramida üzrə gənclər arasında turnirə yekun vurulmuşdur. Yarışda 140-a yaxın kiy ustası mübarizə aparmışdır. Noyabr və dekabr aylarında keçirilmiş seçim turlarından sonra finalçılar məlum olmuşdur. Həlledici qarşılaşmada Fazil Məmmədov Faiq Sadıqovu 5:4 hesabı ilə məğlub edərək, turnirin qalibi adını qazanmışdır.
Birinci yerin sahibi 1500, ikinci yer 700, üçüncü yeri tutmuş kiy ustası isə 400 manat məbləğində pul mükafatına sahib olmuşdur.
Qeyd edək ki, turnirin ənənəvi keçirilməsi nəzərdə tutulmuşdur. “İdeal L” şirkəti idmanın bu növündə kütləviliyə nail olunması üçün gələcəkdə də belə turnirlər təşkil etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]