Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda biologiya fənni üzrə IV ixtisas qrupu, tarix fənni üzrə isə II və III ixtisas qruplarına ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
Müzakirələr nəticəsində imtahan modellərində tətbiq yönümlü, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiyaya və mənbəyə aid tapşırıqların elmi-metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
İşçi qrupunun növbəti iclası noyabrın 25-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]