Bir milyard 400 milyon hindistanlı Putini səbirsizliklə gözləyir
Bakı, 1 sentyabr, AZƏRTAC
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini bu ilin dekabr ayında keçiriləcək 23-cü Rusiya-Hindistan sammiti üçün ölkəsinə dəvət edib.
AZƏRTAC xəbər verir ki, Narendra Modi dəvətini Rusiya Prezidenti ilə ikitərəfli görüş zamanı səsləndirib.
“2025-ci ilin dekabrında 1 milyard 400 milyon hindistanlı sizi səbirsizliklə gözləyəcək. Bu, ölkələrimiz arasında keçiriləcək 23-cü illik sammit olacaq”, – deyə Narendra Modi bildirib.
Baş nazir Hindistanla Rusiya arasında münasibətləri “dərin və hərtərəfli, xüsusi imtiyazlı strateji tərəfdaşlıq” kimi səciyyələndirib.
“Ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq təkcə xalqlarımız üçün deyil, qlobal sülh, sabitlik və rifahın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”, – deyə Narendra Modi əlavə edib.
Görüş üçün Vladimir Putinə təşəkkür edən Baş nazir onu “dostu” adlandırıb.
“Biz daima əlaqə saxlayırıq, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. İkitərəfli münasibətlər çərçivəsində mütəmadi olaraq yüksəksəviyyəli görüşlər keçiririk”, – deyə Hindistanın hökumət başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]