Bir qrup iraqlı miqrant Almaniyadan deportasiya edilib
Berlin, 22 iyul, AZƏRTAC
Almaniya iraqlı miqrantların bir qrupunu öz ölkələrinə deportasiya edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, polis nəzarətində aeroporta gətirilən 43 miqrant Leyptsiq-Halle hava limanından yola düşən təyyarə ilə Bağdada göndərilib.
Qeyd edək ki, Almaniyada may ayında fəaliyyətə başlayan yeni hökumət miqrantların geri göndərilməsi prosedurunu sürətləndirib. Bu, koalisiya hökumətinin fəaliyyətə başlamasından sonra ikinci deportasiyadır. Ötən həftə 81 əfqan miqrant öz ölkələrinə yola salınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]