BİRGƏ PROQRAMIN RƏHBƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan nümayəndə heyəti gündəliyin bütün bəndləri üzrə çıxış etmiş, proqramın ölkəmizdə demokratik islahatların gedişinə töhfə verdiyini bildirmiş, Avropa Şurası və Avropa Komissiyası nümayəndələrinə Azərbaycan üzrə milli səviyyədə yeni Birgə proqram həyata keçirmək imkanlarının araşdırılması barədə müraciət etmişdir.
Beynəlxalq təşkilatların nümayəndələri bildirmişlər ki, Cənubi Qafqaz üzrə Birgə Proqramın nəticələrinin dəyərləndirilməsi işi yekunlaşdırıldıqdan sonra mümkün davam tədbirlərini ehtiva edən proqramın hazırlanıb reallaşdırılması imkanlarının nəzərdən keçiriləcəyini bildirmişlər.
Səfər çərçivəsində Gürcüstan tərəfinin təşəbbüsü ilə xarici işlər naziri Salome Zurabişvili və Azərbaycan nümayəndə heyətinin başçısı Mahmud Məmmədquliyev arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərin bugünkü səviyyəsi və inkişaf perspektivləri, iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərindən səmərəli istifadə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.