Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti VİDEO

Bakı, 10 iyun, Türkan Abdullayeva, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin Bakı estafeti davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 10-da məşəl estafetinin ilk dayanacağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış və milli mədəniyyətimizin dünyaya açılan yeni pəncərəsi - Müasir İncəsənət Muzeyi olub. Xalq rəssamı Fərhad Xəlilovun daşıdığı məşəl Azərbaycanda avanqard cərəyanlara mənsub rəssam və heykəltəraşların ötən 70 il ərzində yaratdıqları 1000-dən artıq əsəri dünyaya tanıdan nadir sənət ocağının zallarını gəzib.

Sonra məşəl Heydər Əliyev Mərkəzinə gətirilib. Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov məşəlin xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan və müasir Azərbaycanın dünyaya açılan qapısının, beynəlxalq aləmə inteqrasiyasının rəmzi olan Mərkəzlə tanışlığına bələdçilik edib. Tanınmış memar Zaha Hadidin layihəsi əsasında inşa edilən və müasir arxitektura üslubu ilə müasir Azərbaycanın və onun paytaxtı Bakının rəmzinə çevrilən Heydər Əliyev Mərkəzi dünya memarlıq inciləri siyahısına daxil edilib.

Məşəlçi Ömər Eldarov təəssüratlarını bölüşərək deyib: “Birinci Avropa Oyunları həyatımda çox önəmli hadisədir. 87 yaşım olmasına baxmayaraq, məşəli daşımağı mənə həvalə etdiklərinə görə özümü xoşbəxt sayıram. Mən və digər məşəlçilər ilk dəfə keçirilən Avropa Oyunlarının məşəlini qəbul edib daşıdığımıza görə qürur duyuruq”.

Sonra məşəl Heydər Əliyev Mərkəzindən yola salınıb.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin müşayiət etdiyi məşəlin növbəti ünvanı - Heydər Əliyev Sarayı və onun qarşısındakı park olub.

Paytaxtın sakinlərinin və qonaqlarının ən çox sevdiyi məkanlardan olan, Nizami küçəsindən Fəvvarələr meydanına qədər məsafəni məşəlçilər - ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakı-2015”-in ulduz elçisi Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayev qət ediblər.

Məşəli qəbul edən dünya şöhrətli yazıçı Çingiz Abdullayev Oyunların alovunu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıq zamanı müşayiət edib.

Alov səyahəti komandası daha sonra Mərkəzi Parkda olub. 2013-cü ildə istifadəyə verilən və yeni istirahət məkanlarından birinə çevrilən bu məkan 7 hektar sahəni əhatə etməklə şəhər daxilində ən böyük parkdır. Burada məşəlçilər - bəstəkar Mirfaiq Sücəddinovun, şahmat üzrə qrossmeyster, ikiqat Avropa çempionu Şəhriyar Məmmədyarovun, güləşçi İlham Umayevin, veteran gimnast Elşad Nərimanovun iştirakı ilə metronun “28 May” stansiyasınadək yürüş olub. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanına gəlib.

Məşəlçi Vitali Rəhimov alovqoruyanların müşayiəti ilə şəhərin ən çox istifadə edilən ictimai nəqliyyatı - Bakı metropoliteninin “28 May” stansiyasından “İçərişəhər” stansiyasına qədər alov səyahətinin əsas qəhrəmanı olub.

Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, “Bakı-2015”-in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından Bakı Funikulyorunadək aparıblar. Burada estafeti veteran futbolçu Kazbek Tuayev və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev davam etdiriblər.

Estafet gününün son dayanacağı məşəlçilər - veteran güləşçi Firudin Qurbanovun, veteran futbolçu Yaşar Babayevin, taekvondo üzrə dünya çempionu Radik İsayevin, London Olimpiadasının bürünc medalçısı Emin Əhmədovun, güləş veteranı Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd Hüseynovun və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasına və Xəzər dənizinə əsrarəngiz mənzərənin açıldığı Dağüstü park olub.

Daha sonra məşəli Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti Teymur Göyçayev qəbul edib.

Sonra məşəl YARAT Müasir İncəsənət Mərkəzinə gətirilib. Məşəl Mərkəzin təsisçisi Aida Mahmudovanın müşayiəti ilə bu mədəniyyət ocağında gəzdirilib. Bu incəsənət mərkəzi istedadlı gənclərə dəstək olmaqla, onların inkişafına təkan vermək, peşəkar layihələrini dəstəkləməklə qısa müddət ərzində məşhurlaşıb.

Estafet YARAT Müasir İncəsənət Mərkəzinin yaxınlığında yerləşən ənənəvi incəsənət qalereyalarında başa çatıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl estafetinin daha bir günü haqqında danışarkən deyib: “Alov səyahəti göstərdi ki, səbirsizliklə gözlədiyimiz birinci Avropa Oyunları ərəfəsində beynəlxalq standartlara uyğun inşa edilmiş yüksək səviyyəli obyektlər və tamamlanmış infrastruktur işləri ilə yanaşı, Bakı həm də yüksək milli mənəvi dəyərlərə malik mədəni dünyası, sosial mühiti, zəngin tarixi irsi ilə vəhdət yaradan gözəl şəhərdir”.

Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər