Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb
Bakı, 23 aprel, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları kəskin artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 15 milyon barrel (3 faiz) artaraq 518,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 15,1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 19,2 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 635 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1 milyon barrel (0,4 faiz) artaraq 263,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 3,5 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4,9 milyon barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]