İDMAN
BİRLİK KUBOKUNUN PÜŞKATMAMƏRASİMİ KEÇİRİLMİŞDİR
A qrupu: MOİK (Moskva), “Dinamo” (Tbilisi), “Paxtakor” (Daşkənd), TVMK (Tallin);
B qrupu: “Neftçi” (Bakı), “Aktübə” (Aktyubinsk), “Vəhş” (Kurqan-Tübə, Tacikistan), “Metallurq” (Liyepaya);
C qrupu: “Şaxtyor” (Donetsk), “Şerif” (Tiraspol), MTTU (Aşqabad), “Dordoy-Dinamo” (Narın, Qırğızıstan);
D qrupu “Şaxtyor” (Soliqorsk), “Ekranas” (Panevejis), Rusiyanın yeniyetmələrdən ibarət yığması (19 yaşınadək, müsabiqədənkənar) və “Pyunik” (Yerevan).
Klublar yanvarın 14, 15 və 17-də qruplarda bir dövrədən ibarət tur keçirəcəklər. Hər qrupdan iki ən yaxşı komanda 4/1 finala çıxacaqdır.
Ciddi maliyyə çətinlikləri ilə üzləşən Birlik Çempionları Kubokunun təşkilatçıları sponsor tapa bilməmişlər. Bu səbədən yarışların mükafat fondu yoxdur.