“Bitcoin” kriptovalyutasının qiyməti 70 min dollara yüksəlib
Bakı, 9 mart, AZƏRTAC
Martın 8-də “Bitcoin” kriptovalyutasının qiyməti rekord müəyyən edərək 70 min dollara çatıb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası yanvarın sonunda 11 “Bitcoin spot” fondunu təsdiqlədikdən sonra investorlar kriptovalyutalara daha çox maraq göstərməyə başlayıblar. Martın 5-də “Bitcoin” kriptovalyutasının kapitallaşması 1,35 trilyon dollara yüksəlib.
Agentliyin məlumatına görə, kapitallaşmanın artmasına ABŞ-da yeni spot birja fondlarının (ETF) “Bitcoin”ə artan tələbatı səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]