Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” - beynəlxalq konfrans

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə institutun foyesində müəssisə alimlərinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib.

Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva Ulu Öndər Heydər Əliyevin respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsi və yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Professor qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində hazırda respublikamızda elmin, o cümlədən biologiyanın biokimya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələri inkişaf edib. Onun sözlərinə görə, bu gün bioloq-alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə yönəlmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir. Alim bildirib ki, Ulu Öndər Azərbaycanın sabit inkişafının ekoloji problemlərin həllindən asılı olduğunu deyərək respublikada yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaradıb, nəticədə bioloji müxtəlifliyə yeni baxış və düzgün münasibət meydana çıxıb. İnstitutun baş direktoru bu siyasətin hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın mənfur düşməndən azad edilməsi ilə bioloqlarımızın respublika ilə yanaşı, həm də Qarabağın bioloji müxtəlifliyinin tədqiqi istiqamətində geniş həcmli tədqiqatlar aparması üçün imkanların yarandığını vurğulayıb.

“Bu gün alimlərimizin qarşısında duran əsas vəzifə onlara göstərilmiş etimadı doğruldaraq ölkə Prezidentinin ətrafında sıx birləşmək, Azərbaycan dövlətçiliyinin qorunması, onun müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dirçəlişi naminə fundamental və tətbiqi tədqiqatların intensivliyinin yüksəldilməsinə çalışmaqdan ibarətdir”, - deyə Səyyarə İbadullayeva çıxışının sonunda bildirib.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Botanika İnstitutunun ölkəmizdə bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz olduğunu diqqətə çatdırıb. İ.Hüseynova böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin, eləcə də bu sahədə elmi məktəbin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin elmi fəaliyyətinin böyük bir qisminin məhz bu institutla bağlı olduğunu deyib. O, Botanika İnstitutunda bitki fiziologiyası, biokimyası, biofizikası, molekulyar biologiya və bioinformatika üzrə əldə edilmiş nailiyyətlərin akademik Cəlal Əliyevin fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. Həmçinin Botanika İnstitutunun inkişafında respublikamızda floristik və geobotaniki tədqiqatların əsasını qoymuş akademik A.Qrossheymin böyük xidmətləri olduğunu qeyd edib.

Vitse-prezident Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş miqyasda qeyd edildiyini vurğulayıb. İradə Hüseynova Ulu Öndərin hakimiyyətdə olduğu bütün illərində elmə, elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini, xalqımızın inkişafının elmdə, intellektual potensialının zənginləşməsində gördüyünü söyləyib. O, Ümummilli Liderin təməlini qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, elmin hüquqi bazasının möhkəmləndirildiyini, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu deyib.

Akademik Azərbaycanın “Qırmızı kitab”ının üçüncü nəşrinin alimlərimizin “Heydər Əliyev İli”nə dəyərli töhfəsi olduğunu söyləyərək, nəşrin ərsəyə gəlməsində Botanika İnstitutunun alimlərinin yaxından iştirak etdiyini bildirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, Milli Məclisin deputatı, professor Kamilə Əliyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Pənah Muradov, Vaqif Novruz, Botanika İnstitutun Mikologiya şöbəsinin müdiri dosent Dilzarə Ağayeva və başqaları çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərindən, biologiya elminin inkişaf etdirilməsi, bitki aləminin qorunması, eləcə də respublikamızın ziyalıları və elm adamları qarşısında geniş imkanların açılması istiqamətində gördüyü əhəmiyyətli işlərdən bəhs ediblər.

Konfransda Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi professor Nina Bisko, Özbəkistanın Karantin və Bitkilərin Mühafizəsi Agentliyinin Mərkəzi fitosanitar laboratoriyasının müdiri Sevarxon Xodcayeva, Fitosanitariya standartları üzrə GIZ layihəsinin əsas eksperti Tatyana Masten Milek də çıxış edərək beynəlxalq tədbirin işinə uğurlar arzulayıb, təşkilatçılara və institutun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Beynəlxalq tədbir öz işinə iyunun 24-də yekun vuracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub