Blinken Kiyevdə Ukrayna üçün 1 milyard dollarlıq yeni yardım paketi barədə açıqlama verəcək
Kiyev, 6 sentyabr, AZƏRTAC
Bu gün Kiyevə səfəri zamanı Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Ukraynaya 1 milyard dollardan çox yeni yardımın ediləcəyini bəyan edəcək.
Bu barədə AZƏRTAC CNN-ə istinadla xəbər verir.
Nəşrin yazdığına görə, Kiyevə səfər müddətində ABŞ dövlət katibi Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.
ABŞ Dövlət Departamentinin anonimliyi qorunmaq şərti ilə açıqlama verən yüksək rütbəli məmurunun sözlərinə görə, A.Blinkenin səfər zamanı habelə ölkəyə həcmi 1 milyard dollardan çox yeni yardımın ayrılacağı barədə açıqlama verəcəyi gözlənilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]