Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-də islahatlar labüddür: qlobal çağırışlar və Azərbaycanın baxış bucağı

BMT-də islahatlar labüddür: qlobal çağırışlar və Azərbaycanın baxış bucağı

Bakı, 26 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas və Baş Assambleyanın sessiyası pandemiya dövrünə təsadüf etsə də, müzakirə olunan problemlərin və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülən təkliflərin mahiyyəti baxımından müstəsna önəm daşıyan bir toplantı kimi tarixdə qalacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi ekspert, Əməkdar jurnalist Elçin Mirzəbəyli səsləndirib.

Ekspert deyib: “Bu səbəbdən, fikrimcə, Baş Assambleyanın son toplantısı son 20 ildə keçirilən sessiyaların ən konseptualı və ən mütərəqqisidir. Baş Assambleyanın sessiyasında diqqət çəkən məqamlardan biri və bəlkə də birincisi BMT-də islahatların aparılmasının labüdlüyü barədə səsləndirilən fikirlərin üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən dəstəklənməsi və təşkilatın indiki struktur və fəaliyyət mexanizmləri çərçivəsində yola davam edə bilməyəcəyinin önə çəkilməsidir. Baş Assambleyanın toplantılarında BMT-də islahatların zəruriliyi barədə fikirlərin aparıcı mövqeyə çıxmasının əsas səbəblərindən biri kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycan dövlətinin başçısı kimi Yüksək Səviyyəli İclasdakı çıxışlarında yer alan məqamların olduğunu qeyd etsəm, düşünürəm ki, yanılmaram. Yüksək Səviyyəli İclasdan başlayan bu yanaşma 75-ci sessiya çərçivəsində keçirilən debatların da ana mövzusuna, leytmotivinə çevrildi.

Sessiyadakı çıxışına da dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan amillərə diqqət çəkməklə başlayan Azərbaycan Prezidenti Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyini əsas gətirərək, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil” prinsipini xatırlatdı və qeyd etdi ki, “dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir”.

Elçin Mirzəbəyli vurğulayıb ki, cənab Prezidentin əsas məqsədi diqqətin bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, Ermənistanın işğalçılıq siyasətinə, beynəlxalq öhdəliklərinə əməl etməyən təcavüzkar dövlətə qarşı analoji hallarda tətbiq edilən sülhə məcburetmə mexanizmlərinin işə salınmamasına cəlb etmək idi.

“Qeyd edim ki, beynəlxalq təcrübədə işğalçı, insan haqlarını pozan, anti-demokratik rejimlərə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çoxsaylı nümunələr var. Soyuq müharibə dövründə BMT-nin bayrağı altında legitim sülhə məcburetmə əməliyyatı yalnız 1950-ci ildə Koreya yarımadasında keçirilsə də, 1990-cı illərin əvvəllərindən başlayaraq, bu presedentin Təhlükəsizlik Şurasının daimi üzvlərinin maraqlarına uyğun gəldiyi təqdirdə, daha intensiv xarakter aldığını söyləyə bilərik.

1990-cı il avqustun 2-də İraqın Küveytə hərbi müdaxiləsindən dərhal sonra bu ölkəyə qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ticarət-maliyyə sanksiyaları tətbiq edildi, cəmi 4 gün ərzində icrasına başlandı və 2003-cü ilədək qüvvədə qaldı. Ticarət-maliyyə sanksiyalarının ağır şərtləri altında geriyə çəkilməyən İraq rejiminə qarşı işğal faktından təxminən bir neçə ay sonra Küveytə qarşı təcavüzə son qoyulması üçün “Səhrada tufan” hərbi əməliyyatı başlanıldı. Hərbi hava qüvvələri 5 həftə boyunca fasiləsiz olaraq, İraq ərazisini bombaladılar və İraqın müqaviməti zəiflədikdən sonra, quru qoşunları hərəkətə keçərək 100 saat ərzində Səddam Hüseyn rejimini məğlubiyyətə uğratdılar. Sanksiyaların davam etməsi nəticəsində İraq hakimiyyəti Küveytlə mübahisəli ərazilər məsələsində də geriyə addım atmağa məcbur oldu.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi və sülhə məcburetmə mexanizmlərinin təcili işə salınması ilə bağlı Komboca, Şərqi Timor, Ruanda, Somali, Yuqoslaviya, Bosniya və Herseqovina kimi presedentlərini də nümunə gətirə bilərik. Xatırladım ki, yuxarıda sadaladığım sülhə məcburetmə aktlarının həyata keçirilməsində əsasən ABŞ və onun NATO üzrə müttəfiqləri iştirak ediblər. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan digər 2 dövlətin yalnız ticarət-maliyyə sanksiyalarının həyata keçirilməsində iştirakdan başqa, hər hansı bir ciddi xidmətləri olmayıb. Amma BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq, prosesdə bütün üzv dövlətlərin, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı zəruri xarakter daşıyır və bunun üçün müvafiq hüquqi mexanizmlər də nəzərdə tutulub. Məsələn, BMT Təhlükəsizlik Şurasının tabeliyində mövcudluğunu kağız üzərində davam etdirən Hərbi Qərargah Komitəsi 1947-ci ildən etibarən heç bir fəaliyyətə malik deyil. Halbuki komitənin səlahiyyətlərinə beynəlxalq sülhə və təhlükəsizliyə real təhdidlərin yarandığı zamanlarda üzv dövlətlərin silahlı qüvvələrinin qərargahlarının bir araya gətirilməsi və vahid komandanlıq altında hərəkət etməsi daxildir. Lakin beynəlxalq hüququn bütün subyektlərinin real təhlükəyə qarşı vahid mövqedən çıxış etməsinə imkan verən, birləşdirici xarakter daşıyan bu səlahiyyətdən son 73 il ərzində bircə dəfə də olsun istifadə edilməyib”, - deyə Elçin Mirzəbəyli qeyd edib.

Siyasi ekspert diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin son çıxışlarında yer alan fikirlərin əsasında da məhz bu məqamlar dayanır. Yəni BMT-nin problemləri, sadəcə, bu təşkilatın müasir çağırışlara cavab verə bilməməsi ilə yekunlaşmır, mövcud olan mexanizmlərin özü belə işlək deyil və onların hərəkətə gətirilməsi dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Məhz bu mexanizmlərin hərəkətə gətirilməməsi, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır”, dünyada işğalçılığın, separatizm, terrorizm, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasının vüsət almasına əlverişli zəmin yaradır.

Beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atan Ermənistan kimi dövlətlər qlobal cəzasızlıq və hüquqi nihilizm şəraitində sülhə, təhlükəsizliyə təhdid yaradan neqativ halların stimullaşdırıcısı rolunda çıxış edir, təcavüzə, separatizmə, terrorizmə meylli olan qüvvələri ruhlandırırlar.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmasının labüdlüyü barədə fikirlərinin bütövlükdə dünyanın bu ən böyük və ən ali təşkilatının müasir çağırışlara çevik reaksiya verməsi baxımından müstəsna önəm kəsb etdiyini vurğulayan Elçin Mirzəbəyli deyib: “Çünki COVID-19 pandemiyası dövründə BMT-nin və digər beynəlxalq qurumların yeni çağırışlara cavab vermək imkanında olmadığı reallığını görməmək mümkün deyil. Yaranmış vəziyyətdən yeganə çıxış yolu isə, Azərbaycan Prezidentinin vurğuladığı kimi, pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində zamanın tələbindən irəli gələn islahatların aparılmasıdır: “Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir