BMT FƏLƏSTİNİN MÜSTƏQİLLİK HÜQUQUNU TANIDI
Bir qrup ərəb ölkəsinin hazırladığı sənədin lehinə 140 dövlət səs vermişdir. ABŞ, İsrail, Marşal Adaları, Mikroneziya, Nauru və Palau onun əleyhinə çıxmışlar. 11 nümayəndə heyəti bitərəf qalmışdır.
Qətnamə fələstinlilərin İordan çayının Qərb sahili, Qəzzə bölgəsi və şərqi Qüds üzərində hüquqlarını tanıyır. Sənəddə bildirilir ki, İsrail işğal olunmuş əraziləri BMT-də təmsil etmək hüququna malik deyildir.
Baş Məclisə üzv dövlətlər Fələstin xalqının ayrılmaz hüquqlarının təmin edilməsinə və Yaxın Şərqdə vəziyyətin dincliklə nizama salınmasına töhfə vermək əzmində olduqlarını bildirmişlər. Elə nizamasalma ki, onun nəticəsində “iki suveren və müstəqil dövlət – İsrail və Fələstin 1967-ci ilədək mövcud olmuş sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yanaşı yaşaya bilsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]