BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: Bakı iqlim öhdəliklərini real fəaliyyətə yaxınlaşdırır
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) qlobal iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi baxımından mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko deyib.
O bildirib ki, bir çox hökumət müxtəlif bəyanatlar verir, lakin bu bəyanatlar hər zaman konkret addımlara çevrilmir. Onun sözlərinə görə, Azərbaycan hökuməti Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi ilə iqlim məsələlərinə real və ciddi yanaşdığını nümayiş etdirib.
“Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi böyük hazırlıq və ciddi öhdəlik tələb edir. Azərbaycan hökuməti bir daha nəticə əldə edə bildiyini nümayiş etdirdi”, – deyə BMT rəsmisi vurğulayıb.
Qeyd edib ki, tədbir çərçivəsində siyasətçilər, fəallar, biznes nümayəndələri, beynəlxalq təşkilatlar, hökumət rəsmiləri, eləcə də iqlim məsələlərinə daha skeptik yanaşan tərəflər bir araya gəliblər.
“Bu çox dəyərlidir. Çünki Bakıda yaradılan atmosfer insanların konkret fəaliyyətlər haqqında danışmasına imkan verir. Konfransın iki günü ərzində dəfələrlə bəyan edilən öhdəliklərin konkretləşdirilməsinin vacibliyinin vurğulandığını eşitdik. Bəzi iştirakçılar artıq konkret öhdəliklərlə çıxış edirlər”, – deyə Dmitro Şlapaçenko bildirib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ifadə olunan öhdəliklərin real fəaliyyətə çevriləcəyinə ümid etdiyini qeyd edib.
“Düşünürəm ki, Bakı olmasaydı, burada yaranmış bu qədər güclü dinamika və impuls olmazdı. Buna görə mənim qiymətləndirməm olduqca müsbətdir. Digər hökumətlər də eyni yanaşmanı nümayiş etdirsələr, daha yaxşı nəticələr əldə edə bilərik”, – deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [18:20]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [18:14]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:11]
Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da
- 30.09.2026 [18:08]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [18:04]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [18:03]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:59]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:47]
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir
- 30.09.2026 [17:46]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:45]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:34]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:29]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [17:25]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:23]
Payızın ilk “Ulduz”u
- 30.09.2026 [17:23]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [17:19]