BMT Təhlükəsizlik Şurasına sədrlik Albaniyaya keçib
Belqrad, 1 sentyabr, AZƏRTAC
Albaniya sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik edəcək.
AZƏRTAC xəbər verir ki, Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələr əsasında TŞ-nin sentyabr gündəliyini müəyyən edəcəyini bildirib. O.Xaçka Albaniyanın BMT TŞ-yə sədrliyi dövrünün bütün dünyada humanitar yardımların paylanması üzrə əməkdaşlıq platformasının yaradılması və Rusiya-Ukrayna müharibəsi kimi mühüm məsələni əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Albaniyanın TŞ-yə sədrliyi, həmçinin Ukraynadakı müharibə fonunda baş verən ərzaq böhranından tutmuş Rusiyanın yürütdüyü siyasət, Yəməndə, Sudanda və ümumən Yaxın Şərqdə hökm sürən ərzaq təhlükəsizliyi kimi ciddi böhranlar və münaqişələr dövrünə təsadüf edir.
Sentyabrda bir çox müzakirələrin və mühüm tədbirlərin keçiriləcəyini deyən nazir BMT Təhlükəsizlik Şurasının gündəminin kifayət qədər gərgin olduğunu vurğulayıb.
Qeyd edək ki, Albaniya ikinci dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. 2022-2023-cü illərdə TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərən Albaniya 2022-ci il iyunun 1-dən 30-dək şuraya sədrlik edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]