BMU-da yay imtahan sessiyası başa çatıb
Bakı, 8 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla yekunlaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bakalavriat və magistratura səviyyələrində iyun ayının əvvəlindən start verilən imtahanlar iyulun 5-dək davam edib. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik, şəffaflıq prinsiplərinə tam riayət olunub, bu məqsədlə universitet rəhbərliyi, müvafiq struktur bölmələri tərəfindən bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib.
Sessiya dövründə universitetdə fəaliyyət göstərən Qərargah imtahan prosesinə fasiləsiz nəzarəti təmin edib, imtahanların gedişində yaranan bütün məsələlərə dərhal reaksiya verilib. Eyni zamanda, üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunub.
İmtahan sessiyası müddətində fəaliyyət göstərmiş Apellyasiya Komissiyasına daxil olan şikayətlər çevik şəkildə araşdırılıb, tələbələrin müraciətlərinə ədalətli və əsaslandırılmış qərarlarla cavab verilib.
Bütövlükdə imtahanlar yüksək fəallıq şəraitində keçib və müvəffəqiyyətlə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]