BMU-da Zəfərin 5 illiyi münasibətilə idman turniri keçirilir
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyi münasibətilə idman turnirinə start verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU Həmkarlar İttifaqı Komitəsi, İdman Klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada əməkdaş və tələbələr şahmat, dama, həmçinin futbol üzrə mübarizə aparırlar.
Turnirin əsas məqsədi universitet kollektivində həmrəylik, dostluq və Qələbə ruhunu yaşatmaq, gənclər arasında sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.
Turnir oktyabrın 31-də başa çatacaq. Qaliblər 8 Noyabr - Zəfər Günü ərəfəsində diplom və hədiyyələrlə təltif olunacaqlar.