BMU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 16 yanvar, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, əməkdaşları və tələbələri 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. BMU kollektivi ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.