RƏSMİ XRONİKA
“BNP PARİBAS” BANKININ DİREKTORLAR ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da onun üçün ayrılmış iqamətgahda Fransanın ikinci ən böyük bankı olan “BNP Paribas”ın direktorlar şurasının sədri Mişel Pebero ilə görüşmüşdür.
Azərbaycan Prezidentinin Fransaya dövlət səfərinin əhəmiyyətini vurğulayan Mişel Pebero bankın fəaliyyəti barədə məlumat verdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev “BNP Paribas”ın Azərbaycanda bir sıra layihələri maliyyələşdirdiyini xatırladaraq dedi ki, bundan sonra qeyri-neft sektoruna da sərmayə qoyulması məqsədəuyğun olardı. Eyni zamanda, Azərbaycanda gedən iqtisadi proseslərə təkan verə bilən sahələr üzrə də fəaliyyət mümkündür.