Boksçularımız “Batumi-2019” beynəlxalq turnirinin qalibi olublar
Bakı, 14 iyul, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində Azərbaycan boksçularının da iştirak etdiyi yeniyetmə və kadetlər arasında “Batumi-2019” beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin və “Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil ediblər.
Turnirdə boksçularımız 14 qızıl, 3 gümüş,4 bürünc medal qazanaraq komanda hesabında fəxri kürsünün ilk pilləsində qərarlaşıblar və “Batumi-2019” kubokuna layiq görülüblər. Yarışda öz çəkisindən ağır, 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn boksçumuz Amin Məmmədzadə (36 kiloqram) qızıl medalla yanaşı, həm də turnirin ən texnikali boksçusu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]