Boksçumuz Tayfur Əliyev dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, səkkizdəbir finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]