Boliviyada yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Edmundo Noviglio bildirib.
Yanğınlar nəticəsində yaranan havanın çirklənməsi səbəbindən ölkədə, həmçinin “sanitariya təhlükəsi” elan edilib. "Zərərçəkən ərazilərə göndərilən çevik qrupları sayəsində biz əhaliyə, yanğınsöndürənlərə və yanğınlarla yorulmadan mübarizə aparan könüllülərə köməklik göstərə bildik. Pando departamentlərində bu günə kimi 6162 nəfərə tibbi yardım göstərilib”, - deyə Boliviya Prezidenti Luis Arce X sosial hesabında yazıb.
Boliviya hakimiyyəti kömək üçün bir sıra ölkələrə müraciət edib.
Səlahiyyətlilərin məlumatına görə, hazırda Boliviyada 72 aktiv yanğın var. Ümumilikdə 3,8 milyon hektar ərazi yanğınlara məruz qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]