Bolqarıstan 2027-ci ilin sonunadək Rusiya qazından imtina etmək niyyətindədir
Sofiya, 30 sentyabr, AZƏRTAC
Bolqarıstan energetika naziri Jeço Stankov bildirib ki, ölkəsi 2027-ci ilin sonunadək Rusiyadan qaz idxalından imtina etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir Avropa “Politico” nəşrinə müsahibəsində bəyan edib.
Bildirib ki, Avropa İttifaqının üzvü kimi Bolqarıstan öz addımlarını Avropa qanunvericiliyi və siyasəti ilə uyğunlaşdırır, o cümlədən 2027-ci ilin sonunadək Rusiya enerji resurslarından mərhələli imtina planını həyata keçirir.
Nazir, həmçinin vurğulayıb ki, Bolqarıstan qonşu ölkələrlə Amerika LNG-nin (mayeləşdirilmiş təbii qazın) Bolqarıstan üzərindən uzunmüddətli müqavilələrlə tədarükünə dair birgə tenderlərin keçirilməsi imkanlarını müzakirə edir və bunun gələn ildən tətbiq olunmasının mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, sentyabrın 19-da Avropa Komissiyasının sədri xanım Ursula fon Der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edib. Təkliflərdə, xüsusən, 2027-ci ilin yanvarından Avropaya Rusiya mənşəli LNG idxalına məhdudiyyətlər nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]