Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Georgi Pırvanova
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Xalqlarımız arasında zəngin dostluq və əməkdaşlıq ənənələrinə əsaslanan bu əlaqələr daim öz əhatə dairəsini genişləndirməkdədir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, beynəlxalq qurumlar və regional layihələr çərçivəsində qarşılıqlı işimizin səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 fevral 2011-ci il.