Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstanda keçirilən konfransda Azərbaycan həqiqətlərindən danışılıb

Sofiya, 6 aprel, AZƏRTAC

Bolqarıstanın Kırcalı şəhərində yerli əhalinin və ölkənin müxtəlif bölgələrindən gəlmiş 500-dən çox yuxarı sinif şagirdinin iştirakı ilə 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfrans keçirilib.

İsrail-Bolqarıstan İnstitutu, həmçinin Kırcali bələdiyyəsi və Nyu-Yorkda yerləşən Xolokost tədqiqatları və insan hüquqları üzrə Olqa Lenqiyel İnstitutu tərəfindən təşkil edilmiş tədbirə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, İsrail səfiri İrin Lilian və ABŞ səfiri Erik Rubin xüsusi qonaq qismində iştirak etməyə dəvət olunmuşdular.

Səfir N.Qurbanova çıxış edərək XX əsrdə uşaq, qadın və yaşlılar da daxil olmaqla, milyonlarla günahsız insanın, o cümlədən Avropanın çoxsaylı yəhudi əhalisinin yalnız milli mənsubiyyətlərinə və əqidələrinə görə amansız nasizmin qurbanları olduğunu qeyd edib. Xolokostun qaranlıq illərində bütün mümkün ağır nəticələrə baxmayaraq həyatlarını təhlükə altına qoyan cəsur insanların bir çox ölkədə yəhudiləri xilas etdiklərini və bu xüsusda 1943-cü ildə Bolqarıstan cəmiyyətinin ədalətsizliyə qarşı çıxdığını, yəhudi həmvətənlərinin ölüm düşərgələrinə deportasiya olunmasına imkan vermədiklərini söyləyərək, bu qəhrəmanlığı humanizmin və tolerantlığın nifrət və zorakılıq üzərində qələbəsinin rəmzi olaraq qiymətləndirib. Digər xalqlarla yanaşı, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının da nasizmə qarşı müharibədə mühüm rol oynadığını, 600 min azərbaycanlının döyüşlərdə iştirak etdiyini və onlardan 300 mininin həyatını itirdiyini qeyd edən N.Qurbanova hazırkı nəsillərin döyüş meydanları, ölüm düşərgələri və qettolarda öldürülmüş insanlar qarşısında böyük mənəvi məsuliyyət daşıdıqlarını bildirib. Gələcəkdə belə faciələrin təkrarlanması üçün tolerantlığın və multikulturalizmin, dialoqun və əməkdaşlığın münaqişələrə və gərginliyə qarşı ən səmərəli vasitə olduğunu söyləyən səfir bu məqsədlə millətlər və insanlar arasında sülhün, əməkdaşlığın təşviqinə, ksenofobiyaya və ayrı-seçkiliyə qarşı mübarizəyə yönəlmiş qəti tədbirlərin yorulmadan beynəlxalq ictimaiyyət tərəfindən davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda sülh şəraitində birgəyaşama və mədəniyyətlərarası dialoq ideyalarına, dəyərlərinə əsaslanan sivilizasiyanın qurulması üçün qlobal səylərə Azərbaycan tərəfindən verilən vacib töhfə haqqında iştirakçılara məlumat verib.

Tolerantlığın Azərbaycan xalqının milli və mənəvi dəyəri olduğunu, ölkəmizdə yəhudilər də daxil olmaqla, bütün xalqların, müxtəlif dini icmaların təmsilçilərinin sülh şəraitində yaşadığını qeyd edən səfir Azərbaycanda anadan olmuş və ölkəmizin tarixində mühüm rol oynamış yəhudilər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə səhiyyə naziri olmuş Yevsey Qindes, məşhur fizik Lev Landau, görkəmli violonçel ustası və dirijor Mstislav Rostropoviç, pianoçu Bella Davidoviç haqqında iştirakçılara məlumat verib. Bu xüsusda Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsi də yad edilib.

Həmçinin 1918-ci il martın 31-də Bakıda baş vermiş və minlərlə günahsız azərbaycanlının ölümü ilə nəticələnmiş qanlı hadisələri xatırlayan səfir N.Qurbanova insan həyatının müqəddəsliyini və toxunulmazlığını vurğulayıb, yaşamaq hüququnun hər gün hər yerdə qorunmasının keçmiş və gələcək nəsillər qarşısında inkaredilməz borc olduğunu deyib, gəncləri bu nəcib amalda fəal rol oynamağa çağırıb.

Kırcalıya səfər zamanı N.Qurbanova, eyni zamanda, şəhər bələdiyyəsinin rəhbər şəxsləri, mer Həsən Əzis və vilayət rəhbəri Naço Kovaçev ilə görüşüb. Bələdiyyə rəhbərliyinin digər üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə mer H.Əzis multikulturallığı və tolerantlığı ilə seçilən Kırcalı bələdiyyəsinin etnik, dini və mədəni müxtəlifliyi, həmçinin onun iqtisadi potensialı və burada Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr haqqında Azərbaycan tərəfinə məlumat verib. Səfir bu ilin iyun ayında Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini və ölkələrimiz arasında bir çox sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Kırcalı vilayətinin rəhbəri ilə görüşdə N.Kovaçev Bolqarıstanın bu regionu haqqında səfirə məlumat verib. Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Diplomat əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda, həmçinin əhəmiyyətli pravoslav və yəhudi icmalarının dinc şəraitdə birgə yaşadığını vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində mühüm əməkdaşlığın həyata keçirildiyini söyləyən səfir N.Qurbanova digər sahələrdə də, o cümlədən nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı və turizm sahələrində vacib potensialın olduğunu qeyd edib və bu xüsusda görülən işlər haqqında həmsöhbətinə məlumat verib.

Səfir N.Qurbanova Kırcalıya səfəri zamanı bu bölgənin müftisi Beyhan Məhmədlə də görüşüb. B.Məhməd rəhbərlik etdiyi icma və müftiliyin fəaliyyəti haqqında danışıb. Səfir N.Qurbanova ölkəmizin dini icmaları və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğı barədə həmsöhbətinə məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb