BORCLU VERGİ ÖDƏYİCİLƏRİNİN ƏMLAKLARININ SİYAHIYA ALINMASI ÜZRƏ VAXTINDA QƏRAR ÇIXARILIR
Bundan əlavə, 2005-ci ilin oktyabr ayında məhkəmənin qüvvəyə minmiş qətnamələrinə əsasən, Respublika Əmtəə Birjasının Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə ilk hərrac keçirilmişdir. Siyahıya alınmış əmlakların hərraca çıxarılması nəticəsində borcların ödənilməsi intensivliyi də çoxalmışdır. Belə ki, 2005-ci ilin yanvar-avqust aylarında 703 məhkəmə qətnaməsi üzrə 1 milyard 932 milyon manat borcun ləğvi təmin olunmuşdusa, növbəti 3 ayda 569 qətnamə üzrə 2 milyard 812 milyon manat borc ləğv edilmişdir.
2005-ci ilin iyun-avqust aylarında vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə əmlakın siyahıya alınmasına dair 1010 qərar üzrə borc ləğv edilmişdisə, borclu vergi ödəyicilərinin vergi orqanları tərəfindən siyahıya alınmış əmlaklarının məhkəmə qərarlarına əsasən hərraca çıxarılması nəticəsində, sentyabr-noyabrda qərarlar üzrə borcların ləğvi səviyyəsi 10 dəfəyədək artaraq 10 min 480-ə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]